Adanada 19 İŞİD terrorçusu saxlanılıb


  • 13:05

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Terkiyə KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları 25 ünvanda eyni vaxtda əməliyyat keçirib.

Əməliyyatlar zamanı terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb.

Ünvanlarda qanunsuz silah və qadağan olunmuş təşkilati kitablar ələ keçirilib.

Saxlanılan şübhəlilərdən bəzilərinin təşkilat adından hücumlarda və təhdidlərdə iştirak etdikləri müəyyən edilib.

Humay Eminqızı

Oxşar xəbərlər