Macarıstanda neft emalı zavodunda güclü yanğın olub


  • 13:17

Ötən gecə Macarıstanın "MOL" şirkətinə məxsus zavodunda güclü yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə "Magyar Nemzet" qəzeti məlumat yayıb.

Mənbədə bildirilib ki, zavodun fəaliyyəti dayandırıla bilər.

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, səhər saatlarında zavodda baş vermiş yanğınla bağlı MOL şirkətinin rəhbərliyi daxili işlər naziri Şandor Pinterlə məsləhətləşmələr aparıb.

MOL şirkətindən verilən açıqlamada bildirilib ki, yanğın zavodun istehsalatına təsir edib, lakin yanacaq qıtlığı gözlənilmir.

Yanğının səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər