- 14:58
ABŞ-nin Miçiqan ştatında yaşayan 45 yaşlı Tammy Carvey, “ChatGPT” süni intellekt söhbət sisteminin təklif etdiyi nömrələrlə “Powerball” lotereyasında 100 min dollar qazanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 6 sentyabr 2025-ci il tirajında iştirak etmək üçün süni intellektə müraciət edib.
"Mən ChatGPT-dən bir lotereya nömrəsi dəsti istədim və bu nömrələrlə oynadım” - deyə Carvey bildirib.
Əvvəlcə 50 000 dollar olan mükafat onun biletinə əlavə edilmiş xüsusi çarpan seçimi sayəsində ikiqat artırılaraq 100 000 dollara çatdırılıb.
"Mükafatın 50.000 dollar olduğunu görəndə elə bildim ki, bu qədər qazanmışam. Amma hesabıma daxil olanda 100.000 dollar qazandığımı anladım. Həyat yoldaşım və mən buna inana bilmədik" - deyə o bildirib.
O, qazandığı pulu evinin borcunu ödəmək, qalanını isə əmanət üçün ayırmağı planlaşdırır.
Humay Eminqızı