- 14:48
2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində 19 min 910 şagird həyatını itirib, 30 min 97 şagird isə yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb.
Eyni dövrdə İordan çayının qərb sahilində 148 şagird öldürülüb, 1042 şagird yaralanıb və 846 şagird isə həbs edilib.
Məlumata görə, Qəzza və İordan çayının qərb sahilində öldürülən müəllim və idarəçilərin sayı 1037, yaralananların sayının isə 4 min 740 nəfər olub. 228-dən çox təhsil işçisi həbs edilib.
Hücumlar nəticəsində ümumilikdə 30 məktəb, 179 dövlət məktəbi, 63 universitet tamamiylə məhv edilib.
Humay Eminqızı