Şimali Koreya növbəti raket sınağı keçirib


  • 10:53

Şimali Koreya son 5 ayda ilk ballistik raket sınağını keçirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat verib.

Bildirilib ki, Pxenyanın cənubundakı ərazidən atılan çoxlu qısa mənzilli ballistik raketlər aşkar edilib. Hər bir raket təxminən 350 kilometr (217 mil) məsafəni qət edib və şimal-şərq istiqamətində atılıb. Raketlərin yeri açıqlanmayıb.

Beləliklə bölgədə gərginlik yenidən alovlanıb.

Yaponiyanın baş naziri Sanae Takaiçi, raketlərin Yaponiyanın ərazi sularına və ya müstəsna iqtisadi zonasına çatmadığını bildirib.

Şimali Koreyanın sınağı Cənubi Koreyanın gələn həftə ev sahibliyi edəcəyi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti ərəfəsində keçirilib. İqtisadi inteqrasiya və ticarəti təşviq etmək məqsədi daşıyan sammitin hərbi komponenti yoxdur. ABŞ prezidenti Donald Trampın Çin prezidenti Xi Jinping və Cənubi Koreya prezidenti Lee Jae Myung ilə ikitərəfli danışıqlar üçün Kyoncuya səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Şimali Koreyanın sonuncu ballistik raket sınağı mayın 8-də ABŞ və Cənubi Koreyaya qarşı “nüvə əks-hücum” təlimi çərçivəsində keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər