- 12:57
Süni intellekt vasitələrinin əksəri xəbər məzmununu yanlış təqdim edir.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Avropa Yayım Birliyi və BBC tərəfindən nəşr olunan yeni araşdırmada yer alır.
14 dildə aparılan araşdırmada “ChatGPT”, “Microsoft Copilot”, “Google Gemini” və “Perplexity” kimi süni intellekt vasitələrində 3000 müxtəlif xəbər ətraflı araşdırılıb.
Cavabların 45%-də ən azı bir ciddi səhv, 81%-də isə bəzi növ xəta aşkar edilib.
Tədqiqat, süni intellekt vasitələrinin xəbər mənbələrini dəqiq təyin etmədiklərini ortaya qoyub.
Belə ki, “ChatGPT” Papa Fransisin ölümündən aylar sonra hələ də vəzifədə olduğunu bildirib.
18 ölkədən - Fransa, Almaniya, İspaniya, Ukrayna, Böyük Britaniya və ABŞ-dan 22 ictimai yayımçı tədqiqatda iştirak edib.
Humay Eminqızı