- 12:57
Türkiyənin 81 vilayətində aparılan yoxlamalar zamanı 169 miqrant qaçaqmalçısı və 783 qanunsuz miqrant saxlanılıb.
E-huquq.azın xəbərinə görə, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir qeyd edib ki, yoxlamalar zamanı 132-si xarici ölkə vətəndaşı olmaqla 169 miqrant qaçaqmalçısı yaxalanıb. Həmçinin 783 qeyri-qanuni miqrant müəyyən edilib, 430 454 nəfərin kimliyi araşdırılıb.
Əməliyyatlarda 27 347 təhlükəsizlik əməkdaşı iştirak edib və 6 897 ictimai yer, 3 892 tərk edilmiş bina və 457 terminal yoxlanılıb.
Humay Eminqızı