Dövlətə xəyanətdə təqsirləndirilən Rusiya vətəndaşı saxlanılıb


  • 11:32

Trans-Sibir dəmir yolu boyunca hərbi texnikanın hərəkəti ilə bağlı məlumatları Ukrayna kəşfiyyat orqanlarına ötürməktə təqsirləndirilən Rusiya vətəndaşı saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Müəyyən edilib ki, həmin şəxs "Telegram" vasitəsilə Rusiya ərazisində qadağan olunmuş, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəzarətində olan terror təşkilatınına, bu təşkilatının hesablarına pul vəsaiti köçürüb.

Həmçinin Trans-Sibir dəmir yolu ilə xüsusi hərbi əməliyyat zonasına hərbi texnika daşıyan eşelonların hərəkəti barədə qarşı tərəfə məlumat ötürüb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət), 282.3-cü maddəsinin 1.1-ci hissəsi və 282.2-ci maddəsinin 2-ci hissəsi (ekstremist fəaliyyətin maliyyələşdirilməsi və ekstremist təşkilatın fəaliyyətində iştirak) üzrə cinayət işləri başlanılıb.

Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin maddələr üzrə sanksiyalar ömürlük azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutur.

Humay Eminqızı

Oxşar xəbərlər