Mahaçqalada distant təhsilə keçilib


  • 12:23

Mahaçqalada Ukrayna Silahlı Qüvvələrinin zərbələri səbəbindən bəzi təhsil müəssisələri distant təhsilə keçib.

E-huquq.az xəbər verir ki, bu barədə şəhər təhsil idarəsi məlumat yayıb.

"Dron hücumları təhlükəsinin artması ilə əlaqədar tələbələrin, şagirdlərin, müəllimlərin və işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi təhsil müəssisələri müvəqqəti olaraq distant təhsilə keçir", - məlumatda qeyd edilib.

Vəziyyət sabitləşdikdən sonra ənənəvi dərslərin bərpası ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər