Uqandada ağır yol qəzasında 63 nəfər ölüb


  • 12:44

Uqandada zəncirvari yol qəzası baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kitaleba kəndi yaxınlığında 4 nəqliyyat vasitəsi toqquşub.

Polisin məlumatına görə, hadisə nəticəsində 63 nəfər həyatını itirib.

Yaralılar xəstəxanalara çatdırılıb.

İlkin məlumatlara görə, avtobuslardan birinin sürücüsü yük avtomobilini ötməyə cəhd edib, bu zaman dəhşətli qəza baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər