- 16:46
Rusiya Ukraynanın paytaxtı Kiyev və eləcə də digər şəhərlərdə mülki və enerji infrastrukturlarına hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" hesabında paylaşım edib.
Məlumata görə, hücumlar nəticəsində 2-si uşaq olmaqla 6 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
Zelenski əlavə edib ki, Avropa İttifaqının güclü sanksiyalar paketini qəbul etməsinin vaxtı çatıb.
Humay Eminqızı