- 16:46
Rusiyanın Kamçatka yarımadasında 5,3 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzi məlumat yayıb.
Təkanlar yerli vaxtla saat 11:37-də deydə alınıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 71 kilometr məsafədə yerləşib.
Zəlzələnin ocağı 48,7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Humay Eminqızı