Yaponiyada fermada quş qripi aşkarlanıb


  • 16:41

Yaponiyanın şimalındakı Hokkaydo adasındakı toyuq fermasında bu mövsüm ilk quş qripi faktı aşkarlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Yomiuri Shimbun qəzeti məlumat yayıb.

Məlumata görə, adanın Şiraoi rayonundakı fermada yüksək patogenli quş qripi (HPAI) xəstəliyi aşkar edilib.

Artıq fermadakı 459,000 toyuq məhv edilib.

Ferma isə karantinə alınıb.

Hökumət insidentlə bağlı dövlət qurumları arasında əməkdaşlığı təmin etmək üçün Tokioda müvafiq nazirlərin iştirakı ilə iclas keçirib.

İclasdan əvvəl kənd təsərrüfatı naziri Norikazu Suzuki xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə çağırıb.

Humay Eminqızı

Oxşar xəbərlər