- 00:05
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən növbəti etiraz aksiyasında 20-yə yaxın insan saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Patrul polisinin qanunsuz hərəkətlərin yolverilməzliyi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini qanuni əsas olmadan bağlayıblar", - məlumatda deyilir.
Bundan başqa, patrul maşınına minən gənc qadın avtoxuliqanlıq ittihamı ilə polis tərəfindən saxlanılıb.
Nazirlik bir daha etirazçıları yolu qanunsuz bağlamamağa və cinayət əməllərinə yol verməməyə çağırıb.