- 22 Oktyabr 23:43
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub.
"Kopeysk şəhərinin müəssisələrindən birində partlayış baş verib. Təəssüf ki, qurbanlar var. Şəhər sakinlərinə və mülki obyektlərə təhlükə yoxdur. Çurilovo mikrorayonundakı yaşayış binalarında mənzillərin pəncərələri sınıb", - vilayət qubernatoru Aleksey Teksler öz "Telegram" kanalında yazıb.
Hadisə yerinə operativ əməliyyat qrupu cəlb olunub, qərargahın işi təşkil edilib.
Bir sıra "Telegram" kanallarının məlumatına görə, partlayış "Plastmass" zavodunda baş verib. İlkin səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır.
Mənbə: Report