- 10:56
Rusiyanın Ulan-Ude şəhərində yerləşən "Nikolaevski" mağazalarında satılan qida məhsulları səbəbindən zəhərlənənlərin sayı artıb.
E-huquq.az TASS- a istinadən xəbər verir ki, zəhərlənənlərin sayı 159 nəfərə çatıb. Onlardan 90 nəfəri azyaşlıdır.
Xatırladaq ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi (istehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi üçün tələblərə cavab verməyən malların və məhsulların satışı və satışı məqsədi ilə istehsal) ilə cinayət işi açılıb.
Hazır qida məhsulları istehsal edən sexin istehsalata cavabdeh müdiri saxlanılıb və ona qarşı cinayət işi açılıb.
Humay Eminqızı