Fransada daha bir muzeydə oğurluq olub


  • 10:31

Fransanın Langres şəhərindəki Deni Didro Maarifçilik Muzeyindən 18-19-cu əsrlərə aid sikkələr oğurlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Luvr Muzeyində 88 milyon avroluq daş-qaş soyğunundan bir neçə gün sonra baş verib.

Mmuzey işçiləri bazar ertəsi səhər binanın giriş qapısının və vitrinin sındırıldığını aşkar ediblər. Oğurlanmış kolleksiyanın 2011-ci ildə binanın təmiri zamanı tikinti işçiləri tərəfindən aşkar edilmiş “xəzinə kolleksiyası”nın bir hissəsi olduğu bildirilir.

Oğrular yalnız qiymətli əşyaları hədəfə alıblar, muzeydəki digər artefaktlar yerində qalıb. Oğurlanan 1633 gümüş və 319 qızıl sikkələrin ümumi dəyəri təxminən 90 min avro qiymətləndirilir. Langres Bələdiyyəsi hadisəənin planlı və məqsədyönlü hücum olduğunu açıqlayıb.

Hadisədən sonra muzey müvəqqəti olaraq bağlanıb və təhlükəsizlik sistemləri özəl mühafizə firmasına həvalə edilib. Fransada son həftələrdə baş verən üç böyük muzey oğurluğu mədəni irsin qorunması ilə bağlı təhlükəsizlik tədbirlərini yenidən diqqət mərkəzinə gətirib.

Qeyd edək ki, oktyabrın 16-da Parisdəki Milli Təbiət Tarixi Muzeyindən 1,5 milyon avro dəyərində qızıl külçələr oğurlanıb. Oktyabrın 19-da Luvr muzeyində oğurluq hadisəsi baş verib.
Silsilə oğurluqlar müxalifət partiyalarının kəskin reaksiyasına səbəb olub. Avropa Parlamentinin üzvü Marion Maréchal Fransanın dünyanın gülüş obyektinə çevrildiyini deyib və Luvrun direktoru Laurens Des Cars və təhlükəsizlik rəhbəri Dominik Buffini istefaya çağırıb.

Fransa Mədəniyyət Nazirliyinin muzey təhlükəsizliyi protokollarını yenidən qiymətləndirmək üçün ümummilli araşdırmaya başlayacağı gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər