- 13:12
Avropa İttifaqı kirayə haqqı və mənzil qiymətlərinin artması nəticəsində yaranan mənzil böhranını həll etmək üçün yeni addımlar atmağa hazırlaşır.
E-huquq.az xəbər verir ki, Belçikada bütün üzv dövlətlərdə ümumi qaydalarla turist icarəsi platformalarını tənzimləyən qanun layihəsi hazırlanır.
Avropa Komissiyası tərəfindən hazırlanan ilk “güzəştli mənzil” paketi təkcə qısamüddətli kirayələrin məhdudlaşdırılmasını deyil, həm də dövlət yardımı qaydalarının yumşaldılması və istifadə olunmamış birlik fondlarının sosial mənzil tikintisinə yönəldilməsi yolu ilə mənzil investisiyalarının asanlaşdırılmasını nəzərdə tutur.
Statistikaya əsasən, 2015-ci ildən 2025-ci ilə qədər Aİ-də mənzil qiymətləri 60,5% artıb. Bu artım, xüsusən də gənclər və aşağı gəlirli qruplar arasında mənzilləri əlçatmaz edir, bərabərsizliyi dərinləşdirir və populizmi gücləndirir.
Ev sahibliyi Aİ-də ümumi ev təsərrüfatlarının sərvətinin 63%-ni təşkil edir. Bununla belə, iri şəhərlərdə kirayə qiymətlərinin artması vətəndaşların həyat keyfiyyətini aşağı salır və Avropa Şurası bu böhranın artıq sadəcə sosial deyil, iqtisadi problem olduğunu vurğulayır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen dekabrda elan edilməsi planlaşdırılan paketin təfərrüatlarını bu gün Brüsseldə keçiriləcək sammitdə liderlərlə bölüşəcək.
Layihəyə əsasən, Komissiya Airbnb kimi qısamüddətli kirayə platformalarından yerli mənzil bazarlarına təzyiqi azaltmaq üçün Aİ daxilində məcburi qaydalar tətbiq edəcək. Avropanın bir çox şəhərlərində bu platformalar şəhər mərkəzlərində qiymətləri artırır, yerli sakinləri sıxışdırır.
Şəbnəm Mehdizadə