Türkiyədə güclü yağış torpaq sürüşməsinə səbəb olub


  • 10:56

Türkiyənin Batman şəhərində güclü yağış torpaq sürüşməsinə səbəb olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Batmanda axşam saatlarında yağan güclü yağış 40-dan çox kənd və oba yollarında torpaq sürüşməsinə səbəb olub. Sason rayonunda axşam saatlarında başlayan leysan həyatı iflic edib.

Yollar nəqliyyat üçün bağlanıb, bəzi avtomobillər yolda qalıb.

Əraziyə xüsusi idarə qrupları göndərilib. Xilasetmə işləri və yolun təmizlənməsi davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər