Aİ-nin yeni sanksiyalar paketi Rusiyada turizm xidmətlərini qadağan edib


  • 12:59

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi ölkədə turizm xidmətlərinin göstərilməsini qadağan edib.

E-huquq.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.

Onun sözlərinə görə, belə bir qərar Rusiyanın gəlirlərini azaltmaq məqsədilə qəbul edilib.

Turizm sahəsinə qarşı sanksiyalar, həmçinin Rusiyaya zəruri olmayan səfərlərin qarşısını almağa kömək edəcək.

Nazir vurğulayıb ki, bu addım Aİ vətəndaşlarının saxlanılması riskinin artdığı bir şəraitdə zəruridir.

Humay Eminqızı

Oxşar xəbərlər