Luvr Muzeyinin direktoru istefa ərizəsini təqdim edib


  • 13:12

Luvr Muzeyinin direktoru Laurence Des Cars dünən Senatın Mədəniyyət Komissiyasında ifadə verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o ifadəsində muzeyin kameralarının qeyri-kafiliyi kimi bəzi təhlükəsizlik boşluqlarını üzə çıxardığını bildirib.

O, soyğun zamanı siqnalizasiya sisteminin işə düşdüyünü, lakin muzeydəki təhlükəsizlik kameralarının çox köhnə olduğunu və oğruların hədəfi olan Apollon Qalereyasını çəkən kameranın isə başqa istiqamətə baxdığını bildirib.

Des Cars muzeyin daxilində daimi polis məntəqəsinin yaradılması üçün çağırış edib.

Direktor Baş vermiş oğurluğu böyük uğursuzluq kimi dəyərləndirib.

Des Cars bu məsələ ilə bağlı məsuliyyəti qəbul etdiyini bildirərək Mədəniyyət naziri Raşida Datiyə istefasını təqdim etdiyini, lakin istefasının qəbul edilmədiyini açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər