"Meta" şirkəti 600 nəfəri işdən çıxarır


  • 16:07

"Meta" şirkəti şirkəti süni intellekt (AI) bölməsində təxminən 600 nəfəri işdən çıxarır.

E-huquq.az ABŞ mətbuatına istinadən xəbər verir ki, şirkətin bu addımı birmənalı qarşılanmayıb.

İxtisar edilən işçilərin əksəriyyətinə şirkət daxilində başqa şöbələrə keçmək imkanı təklif olunacaq.

Süni intellekt bölməsinin baş direktoru Alexandr Wang bu qərarın komandanın daha çevik işləməsinə imkan yaradacağını bildirilib.

Qeyd edək ki, şirkətin baş direktoru Mark Zukerberq rəqibləri üzərində üstünlük əldə etmək üçün süni intellektə milyardlarla dollar sərmayə qoymağa davam edir. Şirkət insan zəkasını üstələyən “süni super intellekt” texnologiyasını inkişaf etdirmək yarışında irəliləməyi hədəfləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər