Tunisdə qayığın batması nəticəsində 40 miqrant həyatını itirib


  • 16:18

Tunisin mərkəzindəki Mehdia şəhəri yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində 40 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu hadisə bu il Aralıq dənizində ən dəhşətli dəniz qəzalarından biri kimi qeydə alınıb.

Qayıqda təxminən 70 immiqrant olub və onların Afrika ölkələrindən gəldiyi bildirilib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Qəza zamanı təxminən 30 nəfər xilas edilib.

Digər sərnişinlərin cəsədləri tapılıb. Axtarış-xilasetmə qrupları bölgədə işlərini davam etdirir.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2023-cü ildə 210 mindən çox insan Mərkəzi Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışıb. Onlardan təxminən 60 mini tutularaq geri göndərilib, 2 minə yaxını isə dənizdə həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər