Almaniyada hərbi təlim zamanı qəribə hadisə: polis əsgəri yaraladı


  • 16:29

Almaniyanın Münhen şəhərində orduda keçirilən hərbi təlim zamanı qəribə hadisə baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Münhenin şimal-şərqindəki Altenerdinq bölgəsində keçirilən “Marşal Qüvvələri 2025” təlimi zamanı baş verib.

Təlim çərçivəsində ictimai yerlərdə məşq edən əsgərlər bir fermanın tövləsinin ətrafında dayandığı zaman polisə məlumat verilib.

Belə ki, polis əməkdaşları hərbi təlimdən xəbərsiz olub və əsgərlərə real güllələrlə cavab verib.

Hadisə nəticəsində bir əsgər yaralanıb.

Aralarında yanğınsöndürmə və xilasetmə qruplarının da olduğu təxminən 800 əsgərin iştirak etdiyi təlimdə baş verən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər