ABŞ-də dəhşətli qəza: 3 nəfər ölüb, 4 nəfər yaralanıb


  • 16:41

ABŞ-nin Kaliforniya ştatında dəhşətli yol qəzası baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyanın Ontario şəhərində narkotik vasitənin təsiri altında olan 21 yaşlı yük maşını sürücüsü idarəetməni itirərək qəza törədib.

Yük maşınının avtomobillərə çırpıldığı qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə zamanı 8 avtomobilə ziyan dəyib.

Kaliforniya Yol Patrulunun (CHP) məmuru Rodrigo Jimenez sürücünün xəstəxanada yoxlanıldığını və onun narkotik maddənin təsiri altında avtomobil idarə etdiyini deyib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər