Venesuelada təyyarə qəzası: 2 ölü, 2 yaralı


  • 16:48

Venesuelada təyyarə qəzası baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Venesuelanın Paramillo hava limanından havaya qalxan təyyarə yerə çırpılıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bildirilib ki, qəza günorta saatlarında San-Kristobal Milli Parkının hava limanında baş verib və pilot təkərin partlaması nəticəsində təyyarəyə nəzarəti itirib. Yerli mənbələrin məlumatına görə, ölən sərnişinlər Toni Bortone və Xuan Maldonadodur.

Qəza ilə bağlı araşdırma davam edir.

Bu, son aylarda Venesuelada baş verən ikinci təyyarə qəzası idi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər