ABŞ-də radioloqlar süd vəzi xərçənginin diaqnostikasında süni intellektdən istifadə edir


  • 17:39

ABŞ-da radioloqlar süd vəzi xərçənginin erkən diaqnostikasında süni intellektdən (AI) getdikcə daha çox istifadə edirlər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xəstədə həkimlərin aşkar edə bilmədiyi şübhəli nahiyə süni intellekt proqramı ilə aşkarlanıb.

İndi ABŞ-da bir çox tibb mərkəzləri mammqramları oxuyarkən süni intellekt texnologiyasından istifadə edirlər. Kaliforniya Universitetinin tədqiqatçıları diaqnostika prosesini sürətləndirmək üçün bu texnologiyanı sınaqdan keçirirlər.

Yeni nəşr olunan bir araşdırmada süni intellektin köməyi ilə şübhəli görüntülərə üstünlük verilməklə, mamoqrammadan biopsiyaya qədər olan proses orta hesabla 73 gündən 9 günə endirilib.

Susan G. Komen Fondunun İctimai Səhiyyə üzrə Vitse-Prezidenti Dr. Sonja Hughes daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayaraq bildirib ki, bu texnologiyanın həyatları xilas etdiyini sübut etmək üçün hələ kifayət qədər məlumat yoxdur. ABŞ Qida və Dərman İdarəsi (FDA) müxtəlif dəqiqlik dərəcələri ilə bir çox süni intellekt proqramını təsdiqləyib.

Araşdırmalar zamanı məlum olub ki, süni intellektdən istifadə edildikdə mütəxəssis və ümumi radioloqların xərçəng aşkarlama nisbətləri 93 faizdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər