- 17:39
İrəvan məhkəməsi Masis icmasının rəhbəri Davud Ambartsumyanı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, Davud Ambartsumyan 2018-ci ilin aprelində Erebuni rayonunda baş verən dinc etiraz aksiyalarına qarşı təşkil olunmuş dəstəsinin üzvü kimi etirazçıları metal armatur və dəyənəklərlə döyüb.
Qeyd edilib ki, hadisə zamanı o və dəstəsi vətəndaşların hüquqlarını kobud şəkildə pozub, ictimai asayişi pozub.