- 23 Oktyabr 23:52
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
E-huquq.az xəbər verir ki, görüş Cənubi Qafqazda baş verən proseslərə həsr olunub. A.Mirzoyan son hadisələri və Ermənistanın Azərbaycanla sülh şəraitində regionun inkişafı ilə bağlı baxışını, o cümlədən mühüm kommunikasiya qovşağı kimi potensialını ən yaxşı şəkildə necə reallaşdıracağını təqdim edib.
Tərəflər Ermənistan və Fransa arasında tərəfdaşlığı da müzakirə ediblər.