- 23 Oktyabr 23:33
ABŞ lideri Donald Tramp ümid edir ki, Rusiya Prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı görüşü gələcəkdə baş tutacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinqdə bildirib.
"Bu iki lider arasında görüş tamamilə müzakirə mövzusu deyil. Düşünürəm ki, ABŞ Prezidenti və bütün administrasiyası bunun bir gün baş verə biləcəyinə ümid edir, lakin biz əmin olmaq istəyirik ki, görüşün müsbət nəticəsi olacaq", - o vurğulayıb.
Levitt qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı Trampın hazırda Putinlə görüş vaxtı olmadığına qərar verməsinin yeganə səbəbi deyil.
Ağ Evin sözçüsü həmçinin bildirib ki, Rusiya neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyaların Moskvaya ciddi təsir edəcəyi gözlənilir.
Levitt əlavə edib ki, bu tədbirlər Hindistan və Çini Rusiya neftindən imtinaya təşviq edə bilər.