- 23 Oktyabr 23:52
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ottava ilə ticarət danışıqlarına son qoyduğunu elan edib, çünki Kanadanın Ontario əyalətinin hökuməti ABŞ-də tarifləri tənqid edən reklamın pulunu ödəyib.
E-huquq.az-ın məlumatına görə, o, bununla bağlı "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Ronald Reyqan Fondu (ABŞ-nin 40-cı prezidenti) yenicə Kanadanın Ronald Reyqanın tariflər haqqında tənqidi danışdığını əks etdirən saxta reklamlardan fırıldaqçılıqla istifadə etdiyini açıqlayıb. Reklamlar 75 milyon dollara başa gəlib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına təsir göstərmək üçün ediblər", - ABŞ lideri yazıb.
"Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün vacibdir. Bu zərərli hərəkətlər səbəbindən Kanada ilə bütün ticarət danışıqları artıq dayandırılıb", - o əlavə edib.