Qanunsuz miqrantları daşıyan qayıq batdı, 14 nəfər öldü


  • 16:05

Türkiyənin Muğla şəhərinin Bodrum sahillərində qanunsuz miqrantları daşıyan rezin qayığın batması nəticəsində 14 nəfər ölüb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Muğla valiliyindən açıqlama verilib.

Qayıqda ümumilikdə 18 nəfər olub.

Hadisə nəticəsində 2 nəfər xilas edilsə də, digər 2 itkin düşmüş şəxslərin axtarışları davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər