- 17:51
Rusiyanın Rostov-na-Donu şəhərində dəmir yolunda terror aktları törətməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, təqsirləndirilən şəxslər 2024-cü il dekabrın 11-də dəmir yolunun işləməsini təmin edən rele şkafını yandırıblar. Ardınca, dekabrın 14-də Rostov-Tovarnı stansiyasında onlar elektrovoz yandırıblar.
Təqsirləndirilən 18 və 16 yaşlı oğlanlar istintaq təcridxanasında, 16 yaşlı qız isə ev dustaqlığındadır.
Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.
Humay Eminqızı