- 19:51
Türkiyənin İstanbul şəhərində güclü yağışlarla əlaqəli olaraq bu gün məktəblərdə tədris prosesi dayandırılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Meteorologiya İdarəsinin xəbərdarlığından sonra İstanbul Valiliyi bu barədə qərar qəbul edib.
Kəskin hava ilə əlaqədar məktəblərdə ehtiyat tədbirləri görülüb.
Belə ki, bu gün saat 16:00-dan etibarən dövlət və özəl uşaq bağçaları, ibtidai, orta məktəb və ikinövbəli fəaliyyət göstərən liseylərdə dərslər ləğv edilib.
Şəbnəm Mehdizadə