- 19:51
“Apple” şirkətinin 2027-ci ildə çıxaracağı model "iPhone 19" deyil, "iPhone 20" olacaq.
E-huquq.az xəbər verir ki, bu barədə “Omdia”nın baş tədqiqatçısı Heo Moo-yeol Seulda keçirilən konfransda məlumat verirb.
Bu qərar, şirkətin 20-ci ildönümünü qeyd etmə planının bir hissəsi kimi qiymətləndirilir.
O bildirib ki, “Apple” bu dövrdə yalnız bir deyil, bir neçə cihaz təqdim edəcək: “2027-ci ilin ilk yarısında münasib qiymətə “iPhone 18” modeli satışa çıxacaq, ikinci yarısında isə “iPhone 20”, ikinci nəsil qatlanan “iPhone” və yeni “iPhone Air” modelləri təqdim ediləcək”.
Xatırladaq ki, şirkət 2017-ci ildəki 10-cu ildönümündə, “iPhone 8” ilə birlikdə “iPhone X”i bazara çıxararaq ‘iPhone 9”u atlamışdı.
Humay Eminqızı