“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu

“İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Almaniyada tutuldu


  • 10 Aprel 2020 10:25

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

E-huquq.az-ın xəbərinə görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.

Mənbə: Report

Oxşar xəbərlər