Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə həll olunacağına əmindir


  • 22:08

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə həll olunacağına əminliyini bir daha bəyan edib.

E-huquq.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzində keçirilən 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib.

"Mən səkkiz müharibəni bitirmişəm, doqquzuncusu isə yoldadır. Heç kim bunu etməyib", - Tramp deyib.

Xatırladaq ki, dekabrın 4-də o, Rusiya-Ukrayna münaqişəsinin "nəhayət" həll olunacağını da bəyan etmişdi.

Oxşar xəbərlər