Məzmuna keç

İstanbulda yük maşını aptekə çırpılıb: 7 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində yük maşınının aptekə çırpılması nəticəsində 7 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşını sürücünün idarəetməsindən çıxaraq 9 mərtəbəli binanın girişində yerləşən aptekə çırpılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində yük maşınının sürücüsü də daxil olmaqla, ümumilikdə 7 nəfər xəsarət alıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.

Toqquşma nəticəsində aptekə maddi ziyan dəyib.

Aptekin içərisinə daxil olan yük maşını ərazidən kranın köməyi ilə çıxarılıb.

Şəbnəm Mehdizadə