Polşa Ukraynaya MiQ-29 qırıcıları verməyi planlaşdırır


  • 16:35

Polşa Ukraynaya pilotsuz təyyarələr və raket texnologiyaları müqabilində MiQ-29 qırıcıları bağışlamağı düşünür.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Ukraynaya sürətlə irəlilədikcə, ABŞ-nin rəhbərlik etdiyi sülh planı üzrə danışıqlar davam edir.

Belə bir məqamda Polşa ilə Ukrayna arasında qarşılıqlı hərbi dəstək sazişi gündəmə gəlib.

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı X sosial media platformasında MiQ-29 qırıcılarının təhvil verilməsi ilə bağlı Ukrayna ilə danışıqların davam etdiyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, təyyarənin bağışlanması, müttəfiqlərin Ukraynaya dəstək siyasəti və NATO-nun şərq cinahının təhlükəsizliyini qorumaq səylərinin bir hissəsi olacaq.

Polşanın PAP xəbər agentliyinin məlumatına görə, hazırda Ukrayna Hərbi Hava Qüvvələrinin inventarında təxminən 40 MiQ-29 döyüş təyyarəsi var. 2022-ci ildə Rusiya ilə başlayan müharibədən sonra Ukrayna Polşadan 14, Slovakiyadan isə 13 MiQ-29 qırıcısı alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər