Əfqanıstanda 12 mindən çox məhbus azad ediləcək


  • 27 Aprel 2020 17:26

Əfqanıstanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həbsxanalardan 12 mindən çox məhbus azad ediləcək.

E-huquq.az-ın xəbərinə görə, amnistiya prosesi mayın ilk günlərində başlayacaq.

Qeyd edək ki, martın sonlarında ölkə prezidenti Əşrəf Qəni 10 minədək məhkumun amnistiyası barədə fərman imzalamışdı.

Bu günədək Əfqanıstanda təxminən 1 500 nəfər koronavirusa yoluxub, 50 nəfər isə həyatını itirib.

Oxşar xəbərlər