- 11:55
Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat nəticəsində 50 ədəd tapança müsadirə edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz silah dövriyyəsinin qarşısının alınması və bu fəaliyyətlə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirib.
Əməliyyat çərçivəsində Qaziosmanpaşa rayonunda qanunsuz silah qaçaqmalçılığı ilə məşğul olduğu müəyyən edilən şübhəli şəxs avtomobilinə minmək istəyərkən saxlanılıb.
Şübhəlinin yaşadığı ünvanda və avtomobilində aparılan axtarış zamanı ümumilikdə 50 ədəd tapança aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
İstintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə