Türkiyədə axtarışda olan şəxs iftar edərkən saxlanıldı


  • 10:31

Türkiyənin Ərzurum şəhərində barəsində axtarışda olan şəxs ticarət mərkəzində iftar edərkən polis tərəfindən saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis əməkdaşları şəhər ərazisində axtarışda olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirlərini davam etdirib.

Aparılmış tədbirlər çərçivəsində polis əməkdaşları ticarət mərkəzində iftar edən şəxsi yoxlayarkən müəyyən ediblər ki, həmin şəxs barəsində oğurluq ittihamı ilə 31 il müddətinə azadlıqdan məhrum etmə cəzası barədə məhkəmənin hökmü mövcuddur.

O, istintaq tədbirlərinin davam etdirilməsi üçün polis bölməsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər