- 12:04
Küveyt yaxınlığında lövbər salmış neft tankerində partlayış baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Təşkilatı (UKMTO) məlumat yayıb.
Məlumata görə, partlayış Küveytin Mubarak Al‑Kabeer Port limanından təxminən 55 kilometr cənub-şərqdə baş verib.
Bildirilib ki, partlayışdan sonra tanker batmağa başlayıb və dənizə neft sızması qeydə alınıb.
Bununla yanaşı, gəmidə yanğın baş vermədiyi qeyd olunub.
Heyət üzvləri arasında xəsarət alan olmayıb.
Digər tərəfdən, Küveyt hakimiyyəti hadisənin ölkənin ərazi sularında baş verdiyi barədə məlumatları təkzib edib. Küveytin Daxili İşlər Nazirliyinin açıqlamasında partlayışın Mubarak Al‑Kabeer Port sahillərində baş vermədiyi vurğulanıb.
Rəsmi məlumata görə, insident Küveytin ərazi sularından kənarda, limandan ən azı 60 kilometr məsafədə qeydə alınıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə