- 12:04
İranın paytaxtı Tehranda partlayış səslərinin eşidildiyi bildirilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İsrail ordusu tərəfindən İrana qarşı yeni hücumun başladığının elan edilməsindən sonra baş verib.
Məlumata görə, səhər saatlarında Tehran səmasında döyüş təyyarələrinin səsləri eşidilib. Qısa müddət sonra isə şəhərin müxtəlif ərazilərində partlayışlar baş verib.
Bundan əlavə, Karaj şəhərində də ardıcıl partlayışların baş verdiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu İrana qarşı yeni hücum əməliyyatına başladığını açıqlamışdı.
Şəbnəm Mehdizadə