- 12:04
İsrailin hava məkanının mərhələli şəkildə yenidən açılması fonunda Təl-Əvivdə yerləşən "Ben Gurion" Beynəlxalq Hava Limanında uçuşların bərpasına başlanacağı bildirilib.
E-huquq.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.
Məlumata görə, İsrailin iki kiçik aviaşirkətindən biri olan "Israir" cümə axşamı günü Roma, Berlin, Afina, Batumi və Rovaniemi şəhərlərindən "Ben Gurion" Beynəlxalq Hava Limanına 5 reysin həyata keçirilməsini planlaşdırdığını açıqlayıb.
Digər İsrail aviaşirkəti olan "Arkia"nın da yaxın vaxtlarda hava limanına uçuşları bərpa edəcəyi gözlənilir.
Hər iki şirkət İsrailin hava məkanının gün ərzində tədricən açılacağı ilə bağlı gözləntilər fonunda "Ben Gurion" Beynəlxalq Hava Limanına uçuşların bərpası barədə məlumat verib.
Bildirilir ki, ilkin mərhələdə təhlükəsizlik və koordinasiya məqsədilə hava limanına saatda yalnız bir sərnişin təyyarəsinin enməsinə icazə veriləcək.
Şəbnəm Mehdizadə