- 12:04
Kubada ən böyük istilik elektrik stansiyalarından birində baş verən nasazlıq nəticəsində paytaxt Havana da daxil olmaqla ölkənin qərb bölgəsində milyonlarla insan elektriksiz qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kubada uzun müddətdir davam edən enerji böhranı, eləcə də ABŞ tərəfindən tətbiq olunan sanksiyalar və yanacaq çatışmazlığı səbəbindən elektrik infrastrukturu ciddi şəkildə zəifləyib və bu da əhalinin gündəlik həyatını çətinləşdirməyə davam edir.
Rəsmilər bildiriblər ki, ölkənin ən böyük istilik elektrik stansiyalarından birində baş verən nasazlığın aradan qaldırılması və sistemin tam bərpası ən azı 72 saat çəkə bilər.
Elektrik kəsintilərinin Havana da daxil olmaqla ölkənin qərb hissəsinə təsir etdiyi qeyd olunur. Hökumət isə xəstəxanalar və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətini təmin etmək üçün iki elektrik stansiyasını işə salıb.
Hadisə nəticəsində bölgədə yaşayan milyonlarla insan elektrik kəsintilərindən təsirlənib.
Kubanın Baş naziri Manuel Marrero Kruz vəziyyəti mümkün qədər tez həll etmək üçün elektrik işçilərinin təcrübəsinə və səylərinə etibar etdiyini bildirib.
Şəbnəm Mehdizadə