- 12:04
Qətər ABŞ-İsrail hücumlarından sonra bağlanmış hava məkanını məhdud sayda uçuş üçün açacaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Qatar Airways" şirkəti "X" platformasında açıqlama yayıb.
Bildirilib ki, 5 martdan etibarən bölgədə qalan sərnişinlər üçün məhdud sayda xüsusi uçuş həyata keçiriləcək.
Bəyanatda hava məkanının bağlanmasının davam etməsi səbəbindən planlaşdırılan uçuşların dayandırıldığı, lakin humanitar "yardım uçuşlarının" həyata keçiriləcəyi qeyd olunub.
Bu gündən etibarən Maskat və Ər-Riyaddan Avropanın əsas istiqamətlərinə xüsusi uçuşlar təşkil ediləcək və Maskatdan London, Berlin, Kopenhagen, Madrid, Roma və Amsterdam, Ər-Riyaddan isə Frankfurt marşrutları planlaşdırılır.
Əlavə məlumatların ictimaiyyətə real vaxt rejimində çatdırılacağı qeyd olunub.
Şəbnəm Mehdizadə