Flaminqonu oğurlayıb qanadını qopardı


  • 14:07

ABŞ-nin Las-Veqas şəhərindəki oteldə Kanadalı turist flaminqonu oğurlayıb, daha sonra onun qanadını qoparıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ontario əyalətindən olan 33 yaşlı Mitçell Feyrbern səhər tezdən quşların saxlandığı volyerə girərək onlara xəsarət yetirib.

Bundan əlavə, o “Piçi” adlı flaminqonu otel nömrəsinə aparıb və onun qanadını qoparıb.

Polislər turistin telefonunda quşla birlikdə çəkilmiş bir neçə foto və videolar aşkar edib. Həmin materiallar arasında quşa işgəncə verdiyi anın da görüntüsü var.

Hüquq-mühafizə orqanları ilə söhbət zamanı kanadalı bildirib ki, guya flaminqo acınacaqlı vəziyyətdə idi və o, quşun qanadını düzəltmək qərarına gəlib.

Feyrbern heyvanlara qarşı qəddar rəftar etməkdə ittiham olunub.

“Piçi”nin hazırda baytarların nəzarətində olduğu bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər