- 16:20
Macarıstan Ukraynaya təkcə benzin və dizel yanacağının tədarükünü deyil, həm də əhəmiyyət kəsb edən yüklərin öz ərazisindən daşınmasını da dayandırıb.
E-huquq.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, bu qərar Kiyevin “Drujba” kəməri ilə Rusiya neftinin tranzitini əngəlləməsinə cavab olaraq qəbul edilib: “Biz Ukrayna neft tədarükünü bərpa etməyə razılaşana qədər Macarıstan üzərindən əhəmiyyətli yüklərin çatdırılmasını dayandıracağıq”.
O bildirib ki, Macarıstan "Drujba" kəməri ilə Rusiya neftinin tədarükü bərpa olunmayana qədər Aİ-nin Ukraynanın xeyrinə heç bir qərarını dəstəkləməyəcək.
Humay Eminqızı