ABŞ və İsrailin Şiraza hücumları nəticəsində 20 mülki şəxs həlak olub


  • 12:10

ABŞ və İsrailin İranın Şiraz şəhərinə hücumları nəticəsində 20 mülki şəxs həlak olub.

E-huquq.az Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki bu barədə İran rəsmisi Cəlil Hüseyni məlumat verib.

"Şirazda Zibəşəhr parkı yaxınlığındakı hücumda 20 mülki vətəndaş həyatını itirib, 30 nəfər yaralanıb" - deyə o bildirib.

İran rəsmisi əlavə edib ki, hücum nəticəsində Şirazdakı 115-ci Təcili Yardım Mərkəzi tamamilə dağılıb, bələdiyyə binalarına ziyan dəyib.

Hücum zamanı həyatını itirənlərdən ikisinin tibb işçisi olduğu qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər